MDB
Bloger ABŞ-dan deportasiya edildi - Kremlə işləməkdə şübhəli bilinir
Rusiyalı bloger Valentina Xlistun ABŞ-da ciddi problemlə üzləşib.
Publika.az xəbər verir ki, o bu barədə SHOT "Telegram" kanalına danışıb. Valentina qeyd edib ki, 25 saatlıq dindirmədən sonra ABŞ-dan deportasiya edilib.
"Telegram" kanalının məlumatına görə, 34 yaşlı qadın Nyu-Yorka gələn zaman onu pasport kontrolundan əlavə dərhal yoxlama üçün xüsusi otağa yönəldiblər.
Valentina üç dəfə dindirilib, Rusiya hökuməti ilə mümkün əlaqələri barədə sorğu-sual edilib və yalan məlumat verməkdə ittiham olunub. Rusiyalı qadının telefonu, pasportu, pulu və zinət əşyaları müsadirə edilib, barmaq izləri və DNT nümunəsi götürülüb. Blogerdən həbsdə olub-olmadığı da soruşulub. Sonda ona qandal vurulub.
Bloger ailəsi ilə əlaqə saxlaya bilməyib təxminən 18 saat deportasiyanı gözləyib. Onun telefonu yalnız təyyarəyə minməzdən əvvəl, sənədlər isə Rusiyaya döndükdən sonra qaytarılıb. İndi qadının pasportunda vizanın ləğvi ilə bağlı xüsusi möhür və ABŞ-a girişə beş illik qadağa var.
Müəllif: Tural
-
Sağlamlıq13:05Elmdə inqilab - Artrit dərmanı tökülən saçları tam bərpa etdi
-
Ekologiya12:29Sabahın hava proqnozu açıqlandı
-
MDB12:18Ukrayna daha bir yaşayış məntəqəsini itirdi
-
Səhiyyə12:00Ebola dəhşəti böyüyür - 7 022 yoluxma, 3 398 ölü
-
Hadisə11:52Nurlan Libre keçmiş həyat yoldaşını məhkəməyə verdi
-
Yaxın Şərq10:03İrana məxsus mülki gəmi vuruldu - Ölən və yaralananlar var
-
Dünya09:00Modi həmkarlarını görün nələrə qonaq etdi
-
Region08:48Türkiyədə toydan qayıdanlar qəza düşdülər - Çox sayda yaralı var



































