MDB
Zelenski baş prokuroru dəyişir: Gözlənilməz namizədin adı açıqlandı
Ukraynada baş prokuror Ruslan Kravçenkonun istefasından sonra onun yerinə mümkün namizədin adı gündəmə gəlib.
Publika.az xəbər verir ki, bu barədə “Ukrainskaya pravda” siyasi dairələrdəki mənbələrə istinadən yazıb.
Məlumata görə, Ali Radanın maliyyə komitəsinin sədri Daniil Getmantsevin baş prokuror vəzifəsinə namizədliyi müzakirə olunur.
Bildirilib ki, Getmantsevin hakim “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamiya ilə yaxın və etimadlı münasibətləri var. Getmantsev isə yayılan məlumatları təkzib edərək xəbəri “uydurma və cəfəngiyyat” adlandırıb.
Qeyd edək ki, Kravçenkonun istefası sentyabrın 7-də gündəmə gəlib. Ukrayna prezidenti Vladimir Zelenski onun üçün yeganə variantın vəzifədən getmək olduğunu bildirib və parlamenti istefanı dəstəkləməyə çağırıb. Məsələ ilə bağlı səsvermənin sentyabrın 15-də keçirilməsi planlaşdırılır.
Müəllif: Adəm
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 26 Oktyabr 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika26 Oktyabr 13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 26 Oktyabr 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama














.jpg)






















