MDB
Putin bu ölkələrin Ukrayna təşəbbüsünü dəstəklədi
Rusiya prezidenti Vladimir Putin Çin, Hindistan və Cənubi Afrika Respublikasının Ukrayna münaqişəsinin həllinə yardım etmək niyyətini müsbət qarşılayıb.
Publika.az xəbər verir ki, bunu sentyabrın 14-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.
Peskovun sözlərinə görə, Yeni Dehlidə keçirilən görüşlər zamanı Çin lideri Si Cinpin və Hindistanın baş naziri Narendra Modi Ukrayna ətrafındakı vəziyyəti müzakirə ediblər. Onlar zərurət yaranacağı təqdirdə sülh səylərinə qoşulmağa və problemin həlli yollarının axtarışına yardım etməyə hazır olduqlarını bəyan ediblər.
Kremlin sözçüsü qeyd edib ki, Vladimir Putin bu bəyanatlara müsbət yanaşıb. Rusiya prezidenti həmçinin Ukrayna müharibəsinin nizamlanması ilə bağlı real vəziyyəti və cəbhə xəttindəki son durumu açıqlayıb.
Peskov əlavə edib ki, ayrı-ayrı dövlətlərin siyasi çəkisindən istifadə etməsi münaqişənin həllinə töhfə verə bilər. Onun sözlərinə görə, bu ölkələr Kiyevin mövqeyinə təsir göstərərək onu daha konstruktiv və çevik siyasət yürütməyə sövq edə bilərlər.
Müəllif: Adəm
-
Kriminal19:40Azərbaycanda övladlarına işgəncə verən ana və ögey ata həbs edildi
-
Elm və təhsil18:30Övladını dərsdən yayındıran valideynləri hansı məsuliyyət gözləyir? - Rəsmi
-
Hadisə18:20Ceyranbatanda çoxmərtəbəli yaşayış binasında yanğın - Foto/Video/Yeniləndi
-
Rəsmi xronika15:44Türkmənbaşıda Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirildi - YENİLƏNDİ
-
Nida Xəbər 14:40Hərbi vəzifəlilərin NƏZƏRİNƏ! - Baş nazirdən QƏRAR
-
Dünya14:02Qarşıdan gələn qış Avropa üçün ağır keçə bilər: Qaz çatışmazlığı riski artır
-
Sosial13:28İlham Əliyev MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış oldu - FOTO
-
Sosial13:24Qadınlar işdə səhvlərini niyə etiraf etmirlər? - Səbəb cəza deyil, kişi...



































.jpg)

