MDB
Ukraynadan gözlənilməz təklif: Çin və Hindistan ordusu Donbasa gələ bilər
Ukraynanın Təhlükəsizlik Xidmətinin keçmiş əməkdaşı İvan Stupak münaqişənin dayandırılması üçün Donbasa Çin və Hindistandan sülhməramlı qüvvələrin göndərilməsini təklif edib.
Publika.az xəbər verir ki, Stupak bu barədə UNİAN-a açıqlamasında danışıb.
Onun sözlərinə görə, Rusiya Qərb ölkələrinin sülhməramlı qüvvələrinin Ukraynaya yerləşdirilməsinə qarşıdırsa, alternativ olaraq Çin və Hindistan kimi Qərb olmayan dövlətlərin nümayəndələri bölgəyə göndərilə bilər.
“Əgər onlar Qərb sülhməramlılarına qarşıdırsa, Qərb olmayan ölkələrin nümayəndələri olsun. Hindistan, Çin ola bilər. Düşünürəm ki, Rusiyanın həqiqətən belə bir istək olarsa, onlara qarşı çıxması çətin olacaq”, - deyə Stupak bildirib.
Keçmiş SBU əməkdaşı sülhməramlıların məhz Donetsk vilayətində təmas xəttində yerləşdirilməsini təklif edib. O, eyni zamanda ərazinin inzibati baxımdan Ukraynanın nəzarətində qalmasını istəyir.
Stupak bunun mürəkkəb məsələ olduğunu etiraf etsə də, sülhməramlıların münaqişənin nizamlanmasında rol oynaya biləcəyini və bu variantın müzakirə edilməli olduğunu bildirib.
Müəllif: Adəm
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 26 Oktyabr 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika26 Oktyabr 13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 26 Oktyabr 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama














.jpg)






















