MDB
Simonyandan övladının xəstəliyi ilə bağlı ağır etiraf: Müalicəsi mümkün deyil
Rusiyalı jurnalist Marqarita Simonyan övladlarından birinin ağır xəstəlikdən əziyyət çəkdiyini və müalicəsinin mümkün olmadığını açıqlayıb.
Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, Simonyan bu barədə Andrey Malaxovun proqramında danışıb.
O bildirib ki, övladının xəstəliyindən 2024-cü ilin dekabrında, həyat yoldaşı Tiqran Keosayanın komaya düşdüyü vaxt xəbər tutub. Simonyanın sözlərinə görə, həmin dövrdə ailəsi eyni anda bir neçə ağır sınaqla üzləşib.
Jurnalist uşağın konkret hansı xəstəlikdən əziyyət çəkdiyini açıqlamayıb. O, əvvəllər də övladının xəstəliyinin sağalmaz olduğunu bildirsə də, bu barədə ətraflı danışmaq istəmədiyini qeyd edib.
Simonyan həmin dövrdə özünə xərçəng diaqnozu qoyulduğunu da açıqlayıb. Onun sözlərinə görə, bütün bunlar qısa müddət ərzində baş verib və həyatının ən ağır mərhələlərindən birinə çevrilib.
Müəllif: Adəm
-
Magazin214:09Məşhur aktrisa çimərlikdən elə görüntülər paylaşdı ki... - Foto
-
Magazin213:40Rusiyanın məşhur reperi evində gülləndi
-
Ekologiya12:35Sabahın hava proqnozu açıqlandı
-
Maraq dünyası12:198-ci mərtəbədən yıxılan 5 yaşlı qız sağ qaldı - Möcüzə?
-
Magazin212:10Güven Kıraç 4 ildir münasibətdə olduğu Mervenur ilə ailə qurdu
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO





































