MDB
Putinin köməkçisi bu ölkəni hədələdi: 2-3 günə məhv edərik
Rusiya prezidentinin köməkçisi Nikolay Patruşev Polşanın xarici işlər naziri Radoslav Sikorskinin Polşanın hərbi baxımdan Rusiyanı üstələməsi ilə bağlı dediklərinə münasibət bildirib.
Publika.az xəbər verir ki, Patruşev Varşavanın Moskva ilə hərbi toqquşmaya girəcəyi təqdirdə Polşanın 2-3 gün ərzində məhv edilə biləcəyini bəyan edib.
Onun sözlərinə görə, Sikorski mümkün münaqişənin nəticələrini düzgün qiymətləndirmir. Patruşev bildirib ki, Polşa Rusiyaya qarşı hərbi əməliyyatlara qoşulacağı təqdirdə Moskva malik olduğu bütün qüvvə və vasitələrdən istifadə edə bilər:
“Belə olan halda Polşa dövlətçiliyi 2-3 sutka ərzində mövcudluğunu dayandıra bilər”.
Patruşev Sikorskinin Rusiyanın hərbi potensialını qiymətləndirməsini də qeyri-peşəkar adlandırıb. O qeyd edib ki, Polşa XİN rəhbəri Ukraynadakı müharibə zamanı Rusiya Silahlı Qüvvələrinin bütün resurslarından tam həcmdə istifadə etmədiyini nəzərə almır.
Patruşev əlavə edib ki, “militarist əhval-ruhiyyəyə qapılan” Sikorski Rusiya prezidenti Vladimir Putinin Avropaya qarşı Moskvanın heç bir təhlükə yaratmadığı barədə açıqlamalarına da məhəl qoymur.
Müəllif: Adəm
-
Kriminal19:40Azərbaycanda övladlarına işgəncə verən ana və ögey ata həbs edildi
-
Elm və təhsil18:30Övladını dərsdən yayındıran valideynləri hansı məsuliyyət gözləyir? - Rəsmi
-
Hadisə18:20Ceyranbatanda çoxmərtəbəli yaşayış binasında yanğın - Foto/Video/Yeniləndi
-
Rəsmi xronika15:44Türkmənbaşıda Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirildi - YENİLƏNDİ
-
Nida Xəbər 14:40Hərbi vəzifəlilərin NƏZƏRİNƏ! - Baş nazirdən QƏRAR
-
Dünya14:02Qarşıdan gələn qış Avropa üçün ağır keçə bilər: Qaz çatışmazlığı riski artır
-
Sosial13:28İlham Əliyev MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış oldu - FOTO
-
Sosial13:24Qadınlar işdə səhvlərini niyə etiraf etmirlər? - Səbəb cəza deyil, kişi...



































.jpg)

