MDB
Rusiyada gecə saatlarında 641 PUA məhv edildi
Rusiya Müdafiə Nazirliyi gecə saatlarında ölkə ərazisinə və ətraf akvatoriyalara kütləvi PUA hücumu olduğunu açıqlayıb.
Publika.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, gecə növbətçi hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus 641 təyyarə tipli pilotsuz uçuş aparatını (PUA) ələ keçirərək məhv edib.
PUA-ların Rusiya ərazisinin müxtəlif bölgələrində, o cümlədən Astraxan, Bryansk, Belqorod, Vladimir, Kaluqa, Voronej, Kursk, Kostroma, Lipetsk, Oryol, Nijni Novqorod, Rostov, Smolensk, Ryazan, Tambov, Tula, Tver və Yaroslavl vilayətlərində vurulduğu bildirilib.
Həmçinin Krasnodar diyarı, Moskva regionu və Krımda PUA-ların zərərsizləşdirildiyi qeyd olunub.
Bundan başqa, Azov, Xəzər və Qara dənizlərinin akvatoriyalarında da pilotsuz uçuş aparatlarının ələ keçirildiyi açıqlanıb.
Müəllif: Adəm
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 26 Oktyabr 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika26 Oktyabr 13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 26 Oktyabr 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama












.jpg)























