MDB
Zelenskidən Çin və Şimali Koreyaya sərt ittiham: Bu, regionu riskə atır
Ukrayna prezidenti Vladimir Zelenski Çin və Şimali Koreyanın Rusiya ilə bağlı mövqeyini tənqid edib.
Publika.az xəbər verir ki, Zelenski bu barədə Yaponiyanın NHK telekanalına açıqlamasında danışıb.
Onun sözlərinə görə, Rusiya Şimali Koreyaya ciddi itkilər vermədən hərbi təcrübə qazanmaq imkanı yaradıb. Zelenski bunun Şərqi Asiyada regional təhlükəsizlik üçün təhdidi artırdığını bildirib.
Ukrayna lideri Çinin mövqeyindən də narazılığını ifadə edib. O, Pekinin siyasi baxımdan Ukraynanın tərəfində olmadığını qeyd edib: “Çinin siyasi iradəsinin bir qədər daha çox Rusiya ilə əlaqəli olması təəssüf doğurur”.
O əlavə edib ki, müharibənin başlanmasının və dərhal dayandırılmasının qarşısını almaq imkanına malik güclü liderlər arasında Çinin rəhbərliyi də var.
Xatırladaq ki, Zelenski avqust ayında da Ukrayna ilə Çin arasında diplomatik münasibətlərin inkişaf etdirilməsinin vacibliyini bildirmişdi. Rusiya Xarici İşlər Nazirliyi isə bu təşəbbüsün uğursuzluğa məhkum olduğunu qeyd etmişdi.
Müəllif: Adəm
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 26 Oktyabr 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika26 Oktyabr 13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 26 Oktyabr 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama












.jpg)























