MDB
Kreml ABŞ tariflərini sülh razılaşmasına zərbə adlandırdı
Moskva ABŞ Konqresinin Nümayəndələr Palatasında Rusiyaya qarşı yeni sanksiyaları nəzərdə tutan qanun layihəsinin təsdiqlənməsini qeyri-dost addım kimi qiymətləndirir.
Publika.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, Kreml sənədin Konqresdə irəliləyişini izləyir. Peskov qeyd edib ki, əlavə məhdudiyyətlərin tətbiqi Ukrayna münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan səyləri çətinləşdirə bilər.
ABŞ Nümayəndələr Palatasının dəstəklədiyi və mərhum senator Lindsi Qrehemin adını daşıyan qanun layihəsi Rusiyadan idxal olunan məhsullara rüsumların kəskin artırılmasını nəzərdə tutur. Sənədə əsasən, Rusiyadan birbaşa idxal edilən məhsullara 500%-dək tarif tətbiq edilə bilər. Rusiyanın enerji resurslarını alan beş ən böyük ölkədən gətirilən məhsullara isə 100%-dək rüsum nəzərdə tutulur.
Qanun layihəsinə İranla bağlı müddəalar da əlavə edilib. Bu hissə ABŞ-ın Tehrana qarşı sanksiyalar haqqında qanununun qüvvədəolma müddətinin 2031-ci ilədək uzadılmasını nəzərdə tutur.
Sənəd qüvvəyə minərsə, ABŞ administrasiyası nəzərdə tutulan tariflərin böyük hissəsini 30 gün ərzində tətbiq etməlidir. Qanun layihəsi hazırda imzalanması üçün ABŞ prezidentinə göndərilib.
Bununla belə, sənəd Donald Trampa milli təhlükəsizlik maraqlarını əsas gətirərək ayrı-ayrı rüsumları ləğv etmək və ya yumşaltmaq imkanı verir. Prezident qanun layihəsinə veto da qoya bilər. Vetonu aşmaq üçün isə Nümayəndələr Palatası və Senatda deputatların ən azı üçdə ikisinin dəstəyi tələb olunur.
Müəllif: Adəm
-
Region17:02İrəvan-Moskva xəttində böhran: Ermənistan Rusiya ilə əlaqələri “təftiş” edir
-
Rəsmi xronika16:26Prezident Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış oldu - YENİLƏNDİ
-
Rəsmi xronika16:03İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul etdi - YENİLƏNDİ
-
Rəsmi xronika16:02Prezident sərəncam imzaladı
-
ABŞ13:30ABŞ ordusu Ayın ətrafında müharibəyə hazırlaşır: Qalib gəlməliyik!
-
Hadisə12:18Rusiyanın yanacaq böhranında Azərbaycanın adı çəkildi - NƏ BAŞ VERİR?
-
Nida Xəbər 12:04Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
-
Region11:10Paşinyandan “Qərbi Azərbaycan” açıqlaması: Ciddi bir çağırışdır



















.jpg.webp)





.webp)










.jpg)


