MDB
Rusiya 300 min nəfəri orduya cəlb edəcək? - “Gizli səfərbərlik” iddiasına reaksiya
Rusiya hakimiyyətinin ilin sonunadək 300 min nəfəri səfərbərliyə cəlb etmək planı yoxdur.
Publika.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “RTVI”yə açıqlamasında deyib.
“Belə planlar yoxdur”, - Peskov bildirib.
Bundan əvvəl “Bloomberg” Rusiyada parlament seçkilərindən sonra genişmiqyaslı “gizli səfərbərlik” hazırlığı görüldüyünü yazıb. Agentliyin mənbəsinə görə, 300 min nəfərin hərbi xidmətə çağırılması planlaşdırılır.
Ukrayna Prezidenti Vladimir Zelenski də Rusiyanın seçkilərdən sonra yeni səfərbərlik dalğasına başlaya biləcəyini açıqlamışdı.
Rusiya Prezidenti Vladimir Putin daha əvvəl yeni səfərbərliklə bağlı yayılan məlumatları “informasiya hücumu” və “cəfəngiyyat” adlandırıb.
Ləman
-
Qoroskop01:20Günün ulduz falı: Əlavə qazanc əldə etmək üçün fürsət yaranacaq
-
Hadisə12 Oktyabr 22:3212 yaşlı şagird özünü məktəb binasından atıb? - Rəsmi açıqlama
-
Dünya12 Oktyabr 21:3929 ölkə İrana qarşı birləşdi - Birgə bəyanat
-
MDB12 Oktyabr 17:24Moskvadan Kiyevə: Seçki keçirsəniz, Putin əmr verəcək ki...
-
Region12 Oktyabr 16:22İstək kifayət deyil, qərar verməlisiniz - Paşinyandan Avropa İttifaqına çağırış
-
Nida Təhlil 12 Oktyabr 16:03Məktəbli forması təkcə geyim deyil, həm də tərbiyə məsələsidir - Məhəmməd İmanlı
-
Rəsmi xronika12 Oktyabr 15:22İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Təhlil 12 Oktyabr 14:57Aygün Bayramovadan məktəbli geyimi ilə bağlı çağırış: Qərara hörmətlə yanaşmalıyıq


































