MDB
İki yaşlı qız ailəni ölümdən xilas etdi - FOTO
Rusiyada maraqlı hadisə baş verib.
Publika.az Rusiya Fövqəladə Hallar Nazirliyinin Çelyabinsk üzrə regional idarəsinə istinadən xəbər verir ki, iki yaşlı qız ailəni dəhşətli faciədən son anda xilas edib.
Nazirliyin məlumatına görə, 19 sentyabr gecəsi Professor Blaqix küçəsindəki çoxmərtəbəli binanın birinci mərtəbəsindəki mənzildə alovlanma baş verib. Yanğın mətbəxdə başlayıb, ev əşyaları və mətbəxdəki mebel yanıb.
İlkin məlumatlara görə, yanğına toster, çaydan və mikrodalğalı soba üçün olan nasaz gərginlik qoruyucusu səbəb olub. İki yaşlı qız isə gecə yuxudan oyanıb və həmin vaxt mənzil artıq tüstü ilə dolubmuş. O, tüstüyə görə bütün ailəni yuxudan oyadıb.
"Böyüklər uşaqları da götürərək təhlükəli zonadan təxliyə olublar. Balaca qız və onun 10 yaşlı qardaşı dəm qazından zəhərləniblər. Onlar zəhərlənmə əlamətləri ilə xəstəxanaya aparılıblar və həkimlər uşaqların vəziyyətini qənaətbəxş qiymətləndirirlər. Yanğın 5 kvadrat metrlik ərazidə olub və qısa zamanda söndürülüb",- məlumatda qeyd edilib.
Müəllif: Tural
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 26 Oktyabr 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika26 Oktyabr 13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 26 Oktyabr 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama












.jpg)























