MDB
Zelenski ilk dəfə olaraq o görüntüləri yaydı - VİDEO
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın reaktiv mühərrikli "Geran" dronlarına qarşı mübarizə aparmaq üçün hazırlanmış yeni Ukrayna dronunun ilk görüntülərini yayıb.
Publika.az xəbər verir ki, bu cür surətli PUA-ları səmada tuta bilən yeni dronun videosu Ukrayna liderinin "Telegram" kanalında yayımlanıb.
Kəşfiyyat və digər dronlardan fərqli olaraq bu dron tutan cihazların texniki xüsusiyyətləri hələlik açıqlanmayıb. Zelenski qeyd edib ki, növbəti addım bu cür cihazların istehsalını sürətləndirmək və miqyasını artırmaq olmalıdır.
Qeyd edək ki, Rusiyanın yeni "Geran-4" və "Geran-5" reaktiv mühərrikli dronları son zamanlar Ukrayna üçün başağrısına çevrilib. Hətta sentyabrın 13-də "Financial Times" bu barədə ətraflı araşdırma da dərc etmişdi. Məqalədə qeyd edilib ki, bu reaktiv mühərrikli dronlar Ukrayna münaqişəsi ilə bağlı səmada aparılan hərbi əməliyyatların gedişatını dəyişdirib.
Müəllif: Tural
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 26 Oktyabr 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika26 Oktyabr 13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 26 Oktyabr 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama












.jpg)























