MDB
Rusiyadan Markaryana daha bir zərbə
Rusiyanın Federal Vergi Xidməti (FNS) erməni əsilli məşhur bloger, daha çox qadınlara qarşı nifrəti ilə tanınan Arsen Markaryanın bank hesablarını dondurub.
Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, Markaryan 2016-cı ilin oktyabr ayında fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olub.
Yayılan sənədlərə görə, 15 sentyabrda Federal Vergi Xidməti Markaryanın fərdi sahibkarlıq hesablarını dondurmaq üçün iki qərar verib. Buna səbəb onun vergi bəyannaməsini vaxtında təqdim etməməsidir.
İyul ayında Moskvanın Xoroşevski Rayon Məhkəməsi Markaryanı nifrət və ya düşmənçiliyi təhrik etdiyinə görə 20.000 rubl cərimələmişdi. Məhkəmə müəyyən edib ki, mizogen bloger ötən ilin dekabr ayında "Telegram" kanalında ruslara qarşı nifrət ifadə edən video yayımlayıb.
Mart ayında isə Markaryan nasizmi "reabilitasiya" etməkdə günahkar bilinib. Moskva məhkəməsi onu Sovet İttifaqı Qəhrəmanı Aleksandr Matrosovun xatirəsini aşağıladığına, onu təhqir etdiyinə görə dörd il altı ay müddətinə azadlıqdan məhrum etmişdi. Hərçənd, prokuror hakimdən təxminən yeddi il müddətinə azadlıqdan məhrum etmə tələb etmişdi. Bloger isə öz növbəsində həbsxanaya göndərilməməsini istəyib.
Müəllif: Tural
-
Dünya20:36Ayı ana və qızını evlərinin yaxınlığında parçaladı
-
İdman19:00“Qorxu mühiti yaradıb, etiraz edən hər kəs cəzalandırılır” - İnfantinodan gileylənən kimdir?
-
Rəsmi xronika16:02Zəngilan Aqroparkı yaradıldı
-
Magazin115:40Şou-biznesdə subay qalan məşhur xanımlar - KİMLƏRDİR?
-
İqtisadi gündəm14:01Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı yeni qayda TƏTBİQ OLUNUR
-
Nida Xəbər 13:44Türkiyə lideri Bakıya buna görə gəlir
-
Region13:40Ermənistan parlamenti Zəngəzur dəhlizi ilə bağlı fövqəladə iclas keçirəcək: Nə planlaşdırılır?
-
Dünya13:04Ağ Evdən Trampın siyasi gələcəyi ilə bağlı diqqətçəkən açıqlama






















.jpg)















.jpg)