MDB
Keçmiş baş nazirdən şok iddia: "20 milyon əhalimiz qalıb!"
Ukraynanın keçmiş baş naziri Nikolay Azarov diqqət çəkən açıqlamalar verib.
Publika.az xəbər verir ki, o, TASS-a açıqlamasında Kiyevin nəzarətində olan ərazilərdə qalan sakinlərin sayının 20 milyona çatdığını iddia edib.
Azarov qeyd edib ki, ölkənin infrastrukturu 50 milyon vətəndaşa xidmət göstərmək üçün nəzərdə tutulub. Onun hökumətə rəhbərlik etdiyi 2010-2014-cü illər arasında Ukraynada 45 milyon insan yaşayıb. Hazırda isə bu rəqəm 20 milyona düşüb. Keçmiş baş nazirin sözlərinə görə, belə azalma infrastrukturun yükünü əhəmiyyətli dərəcədə azaldıb.
Keçmiş baş nazir onu da vurğulayıb ki, Ukrayna hazırda Sovet dövründə qurulmuş infrastrukturdan istifadəyə davam edir. Bura hazırda xidmət göstəriləndən daha çox əhaliyə xidmət təklif etmək üçün nəzərdə tutulmuş enerji qurğuları da daxildir.
"Ukraynanın enerji sektorundan danışsaq, bu, son dərəcə etibarlı şəkildə qurulmuş və resursların manevr qabiliyyətinə imkan verən Sovet dövründən qalma bir sistemdir",- keçmiş baş nazir deyib.
O, qeyd edib ki, məhz bu amilin sayəsində ölkənin enerji sistemi hələ də dayanıqlıdır.
Müəllif: Tural
-
Nida Xəbər 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama




































