MDB
Rusiyanın qurduğu seçki məntəqəsi bir zərbə ilə məhv edildi - VİDEO
Bu səhər Ukrayna hərbçiləri Zaporojye vilayətinin Mixaylovka ərazisindəki ümumtəhsil məktəbində yerləşən seçki məntəqəsini hədəfə alıblar.
Publika.az xəbər verir ki, bu barədə bölgənin rəhbəri Yevgeni Balitski "Telegram" kanalında məlumat yayıb.
Onun sözlərinə görə, hücuma məruz qalan məntəqə şəhər tipli Prişib qəsəbəsində yerləşib.
"Bu, 170 şagirdlik fəaliyyətdə olan məktəbdir. Xoşbəxtlikdən, heç bir itki olmayıb. Hücum zamanı binada və ya yaxınlıqda heç kim olmayıb",- Balitski yazıb.
O həmçinin qeyd edib ki, zərbədən sonra seçki məntəqəsi dağılıb. Balitskinin sözlərinə görə, ərazidə erkən səsvermə keçirilib. Lakin seçki artıq başa çatıbmış. Buna görə də, zərbə zamanı məntəqə fəaliyyət göstərməyib.
Qeyd edək ki, 2022-ci ildə başlayan Rusiya-Ukrayna müharibəsi nəticəsində Rusiya Ukraynanın Zaporojye vilayətinin bir hissəsini zəbt edib. Vilayətin mərkəzi olan Zaporojye şəhərinin özü isə heç vaxt Rusiyanın nəzarətinə keçməyib və tam olaraq Ukraynanın nəzarətindədir
Müəllif: Tural
-
Səhiyyə03:43Qazlı içkilər və fastfud beyni gizli şəkildə belə məhv edir - Araşdırma
-
Dünya01:41Kim Çen Inın lüks yaxtası - Peyk görüntüləri araşdırıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Böyük məbləğdə pul daxilolması gözlənilir
-
Magazin118 Oktyabr 22:48Xəyalə Quliyeva övladları ilə - FOTO
-
Avropa18 Oktyabr 22:36Makron iğtişaşlara qarşı tədbir görülməsini tələb etdi
-
Avropa18 Oktyabr 21:48Parisdə iğtişaşlar yenidən alovlandı
-
Magazin218 Oktyabr 21:00Ebru Gündeş səhnəyə həmin 100 min dollarlıq kəmərlə çıxdı - VİDEO
-
Hadisə18 Oktyabr 17:09Şuşa Şəhər Polis Şöbəsinin rəis müavini vəfat etdi





































