MDB
Ukrayna səfirliyi: Azərbaycana sülh, rifah və tərəqqi arzulayırıq!
Ukraynanın Azərbaycandakı səfirliyi 20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə təbrik ünvanlayıb.
Publika.az xəbər verir ki, bu barədə diplomatik missiyanın rəsmi "Facebook" səhifəsində müvafiq paylaşım edilib.
"Azərbaycanı bu mühüm dövlət bayramı münasibətilə ürəkdən təbrik edirik! Qoy Azərbaycan bundan sonra da öz dövlətçiliyini daha da möhkəmləndirsin, inkişaf edərək çiçəklənsin, xalqı isə sülh, həmrəylik və rifah içində yaşasın.
Ukrayna və Azərbaycan bütün dövrlərdə bir-birinin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyib, indi də dəstəkləməkdə davam edir. Ölkələrimiz mehriban dostluq əlaqələrini və qarşılıqlı faydalı strateji tərəfdaşlığını mütəmadi olaraq inkişaf etdirir.
Biz Ukraynaya göstərdiyi həmrəyliyə və dəstəyə görə Azərbaycan rəhbərliyinə, eləcə də xalqına səmimi qəlbdən minnətdarlığımızı bildiririk. Sülh, rifah və tərəqqi arzulayırıq, Azərbaycan Respublikası! Dövlət Suverenliyi Gününüz mübarək!", - müraciətdə qeyd olunub.
-
Nida Xəbər 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama




































