MDB
Avropa Ukraynanı sərt qışa belə hazırlayır
Avropa müttəfiqləri Ukraynanı qışa hazırlıq avadanlığı ilə təchiz etməyə başlayıblar.
Publika.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Agentlik qeyd edib ki, Avropa ölkələri Kiyevə elektrik stansiyaları və istilik avadanlıqları üçün ehtiyat hissələri bağışlayır. Həmçinin bu ay Almaniya və bir sıra digər Avropa ölkələri daha çox “Patriot” sistemləri alacaqlarını və ehtiyatlarından raketlər göndərəcklərini açıqlayıblar.
Ukraynanın Baş naziri Sergey Koretski tərəfdaşları zədələnmiş obyektləri tez bir zamanda bərpa etmək üçün ixtisaslaşmış avadanlıq, maşın və işçi heyəti göndərməyə çağırıb.
O, həmçinin maliyyələşdirmə qeyri-müəyyənliyini azaltmağın və Kiyev qarşısında orta və uzunmüddətli öhdəliklərə sadiq qalmağın vacibliyini vurğulayıb.
Məqalədə deyilir: "Yüksək vəzifəli Avropa rəsmilərindən biri Ukraynanın qışdan sağ çıxa bilməməsi halında, sonda müharibəni uduzacağından narahatlığını bildirib".
Xarkov meri İqor Terexov əvvəllər Ukraynanın enerji qurğularının dağılması və vəsait çatışmazlığı səbəbindən qarşıdan gələn qışdan sağ çıxmaq üçün çətinlik çəkəcəyini bildirmişdi. O, çox şeyin dağıldığını və onu qısa müddət ərzində bərpa etməyin mümkün olmadığını bildirmişdi. Terexov qeyd etmişdi ki, həm dövlət, həm də yerli hökumətlər, xüsusən də cəbhə xəttindəki şəhərlərdə vəsait çatışmazlığından əziyyət çəkirlər.
Müəllif: Tural
-
Art20:46“Bu mahnılar artıq Azərbaycana məxsus deyil” – Rəşid Behbudovun kürəkəni
-
Dünya20:18Nazirlərə təhdidlər göndərən şəxs saxlanıldı
-
Dünya19:13Zelenski Ukraynada seçkinin keçirilməsi üçün şərtini açıqladı
-
Nida Xəbər 17:33Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəldi
-
Hadisə16:09Əməkdar jurnalist vəfat etdi - Foto
-
Avropa15:31Britaniyadan Zelenskiyə açıq dəstək - Nazir Trampın sirrini yaydı
-
Avropa15:04Papanın ağciyərində düyün aşkarlandı - Əməliyyat olunacaq
-
MDB14:55Putin ad gününü onlarla keçirdi

































.jpg)




