MDB
Qaz böhranı başladı: Sandu Təhlükəsizlik Şurasının iclasını çağırdı
Moldova Prezidenti Maya Sandu istilik mövsümündən əvvəl enerji böhranına reaksiyanı nəzərdən keçirmək üçün Ali Təhlükəsizlik Şurasının iclasını çağırıb.
Publika.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Nəşr Moldova Prezident Administrasiyasının bəyanatından sitat gətirib: "Prezident bazar ertəsi günü Ali Təhlükəsizlik Şurasının iclasını keçirəcək. Gündəliyə beynəlxalq enerji böhranının Moldova Respublikasına təsiri və qış mövsümündən əvvəl milli enerji dayanıqlığının gücləndirilməsi tədbirləri daxil olacaq".
Moldova hakimiyyəti avqust ayında olduğu kimi qaz tariflərinin kəskin şəkildə artması fonunda çətin qışa hazırlaşır. Milli Enerji Tənzimləmə Agentliyi (ANRE) qaz tariflərini 41 faiz artırmaq qərarına gəlib.
Lakin ölkədəki bəzi istilik təchizatçıları artıq ANRE-yə daha böyük tarif artımı üçün müraciətlər təqdim ediblər. Ödənişlərin əlçatmazlığı səbəbindən hökumət vətəndaşların bu xərclərini dövlət büdcəsindən kompensasiya etmək məcburiyyətində qalır.
Müəllif: Tural
-
Nida Xəbər 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama




































