MDB
Cəbhə xətti partlaya bilər: Ukraynalı generaldan qorxunc xəbərdarlıq
Ukrayna ordusu bir neçə cəbhədə ciddi çətinliklərlə üzləşir.
Publika.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələrinin keçmiş komandir müavini, general-mayor Sergey Krivonos "Fabrika Novostey" “YouTube” kanalında bildirib.
O əlavə edib ki, hazırda bütün diqqət Donbasa yönəlsə də, cəbhənin digər əraziləri partlaya bilər.
"Vəziyyət olduqca mürəkkəbdir. Hazırda bütün diqqət yalnız Kramatorsk-Slavyansk sektoruna yönəlib. Lakin cəbhənin müəyyən anlarda, məsələn, Yeni il tətillərində şampan kimi partlaya biləcək digər hissələri də var", - deyə ekspert bildirib.
O, əlavə edib ki, bu cür hadisələr komandanlıq üçün tamamilə sürpriz ola bilər.
Krivonos vurğulayıb ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Mixaylo Drapaty çoxsaylı çətinliklərlə üzləşir və bunların həlli ölkə rəhbərliyindən ordunu şəxsi heyət, silah, sursat və istehkam avadanlıqları ilə tam təchiz etməyi tələb edir. O, xüsusilə Rusiya qoşunlarının Xarkov, Kupyansk, Dobropillya və Zaporojye bölgələrində davam edən fəaliyyətini qeyd edib.
Müəllif: Tural
-
Nida Xəbər 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama




































