MDB
Zelenski seçkilərə razı olub, sonra fikrindən daşınıb - Səbəb bu imiş
Ukraynanın sabiq müdafiə naziri Mixail Fedorov ölkə prezidenti Vladimir Zelenski ilə Ukraynada seçkilərin keçirilməsi məsələsini müzakirə etdiyini açıqlayıb.
Publika.az xəbər verir ki, bu barədə Fedorov “Ukrainskaya Pravda” nəşrinə müsahibəsində danışıb.
Onun sözlərinə görə, əvvəlcə prezident, daha sonra isə parlament seçkilərinin keçirilməsi nəzərdə tutulub. Fedorov bildirib ki, hələ iyun ayında seçkilərin keçirilməsini təklif edib və Zelenski buna hazır olduğunu deyib.
Lakin sabiq nazirin iddiasına görə, Zelenski seçkilərdə Ukrayna Silahlı Qüvvələrinin sabiq baş komandanı Valeri Zalujnının iştirak edə biləcəyini nəzərə alaraq fikrindən daşınıb.
“Mən prezidentə açıq şəkildə dedim ki, seçkilər keçirilməlidir. Çünki o zaman sizi seçkilər barədə düşünməyi dayandırıb öz heykəliniz barədə düşünəcəksiniz”, - deyə Fedorov bildirib.
Müəllif: Adəm
-
Nida Xəbər 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama




































