MDB
Ukrayna qarşısında kritik seçim: Müharibə, yoxsa danışıqlar?
Ukraynada müharibənin davam etdirilməsi üçün resursların tükənmək üzrə olduğu və xarici maliyyə yardımının da üç dəfə azaldığı bildirilir.
Publika.az xəbər verir ki, bunu ukraynalı iqtisadçı Aleksey Kuş bildirib. Onun sözlərini “Politika Stranı” "Telegram" kanalı yayıb.
İqtisadçı qeyd edib ki, Ukrayna hakimiyyəti ölkənin maliyyə resursu, infrastrukturun dayanıqlığı, demoqrafik və hətta mental potensial baxımından ciddi tükənmə ilə üzləşdiyini anlayır.
Kuş hesab edir ki, mövcud vəziyyət fonunda yaxın vaxtlarda müharibənin dayandırılması yollarının axtarılması gündəmə gələ bilər:
“Ya onlar müharibədən çıxmaq üçün həll yolları axtarmağa yönəlmiş müəyyən addımlar atmağa başlamalıdırlar, ya da bu konstruksiyanın, o cümlədən siyasi elitanın özü də dağıntılar altında qala bilər”.
O qeyd edib ki, 2026-cı ilin əvvəlində 27 milyard dollar həcmində proqnozlaşdırılan büdcə kəsiri 2027-ci ildə təxminən 50 milyard dollara çata bilər.
Müəllif: Adəm
-
Nida Xəbər 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama




































