Qazaxıstanda həlak olan hərbçilərin sayı 12-yə çatdı - YENİLƏNDİ
Bizi izləyin

MDB

Qazaxıstanda həlak olan hərbçilərin sayı 12-yə çatdı - YENİLƏNDİ

Qazaxıstanda həlak olan hərbçilərin sayı 12-yə çatdı - YENİLƏNDİ

Qazaxıstanın Manqistau vilayətində baş vermiş hadisə nəticəsində həlak olan hərbi qulluqçuların sayı 12-yə çatıb.

Publika.az xəbər verir ki, bu barədə vilayət administrasiyasının rəsmi "Telegram" kanalında bildirilib.

Məlumata görə, təlim-döyüş tapşırığının icrası zamanı hava şəraitinin kəskin pisləşməsi səbəbindən 17 hərbi qulluqçunu dənizdə axın aparıb. Üç nəfəri xilas etmək mümkün olub, iki nəfərin axtarışları davam edir.

Hadisə yerində axtarış-xilasetmə işləri Qazaxıstanın Baş nazirinin müavini Kanat Bozumbayevin rəhbərliyi altında gücləndirilmiş rejimdə davam etdirilir.

xxx

15:58

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Manqistau vilayətində hərbi təlimlər zamanı baş verən faciəvi hadisə nəticəsində həlak olan hərbçilərin yaxınlarına başsağlığı verib.

Publika.az xəbər verir ki, dövlət başçısı Hökumət Komissiyasına hadisənin səbəblərini müəyyən etmək və mərhumların ailələrinə kömək göstərmək üçün lazımi tədbirləri görməyi tapşırıb.

xxx

Qazaxıstan Baş naziri Oljas Bektenov Xəzər dənizində təlimlər zamanı hərbçilərin ölümünü araşdırmaq üçün hökumət komissiyasının yaradılmasını əmr edib.

Publika.az xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.

xxx

Aktau qarnizonunda hərbi təlim zamanı hərbi qulluqçuların həlak olması faktı ilə bağlı cinayət işi başlanıb.

Publika.az xəbər verir ki, bu barədə Qazaxıstan Baş Prokurorluğu məlumat yayıb.

“Əməliyyat-istintaq qrupu yaradılıb. Hadisə yerində Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin və prokurorluq orqanlarının əməkdaşları araşdırma aparırlar. Hadisənin bütün hallarının hərtərəfli, tam və obyektiv şəkildə müəyyənləşdirilməsinə yönəlmiş kompleks istintaq tədbirləri həyata keçirilir”, - Baş Prokurorluğun məlumatında deyilib.

Ölkənin Müdafiə Nazirliyi də bildirib ki, faciəvi hadisənin səbəbi hava şəraitinin kəskin pisləşməsi və küləyin güclənməsi ilə əlaqədardır.

“Dərin kədər hissi ilə bildiririk ki, sentyabrın 24-də Manqistau vilayətində Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin Hərbi-Dəniz Qüvvələrinin təlimləri zamanı Xəzər dənizinin sahilində təlim-döyüş tapşırığının yerinə yetirilməsi zamanı meteoroloji şəraitin kəskin pisləşməsi və küləyin güclənməsi ilə əlaqədar hərbi qulluqçuları dənizə sürükləyib”.

xxx

Xəzər dənizində təlimlər zamanı 19 Qazaxıstan hərbçisi dənizə düşüb, onlardan 9-u həlak olub.

Publika.az xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyi məlumat yayıb.

“Üç hərbçi xilas edilib, onlardan biri xəstəxanaya yerləşdirilib. Digər hərbçilərin axtarışları davam etdirilir. Hadisə yerinə dərhal xilasetmə xidmətlərinin qüvvə və vasitələri cəlb olunub. Axtarış-xilasetmə əməliyyatında Hərbi Dəniz Qüvvələrinin, Fövqəladə Hallar Nazirliyinin bölmələri, aviasiya və digər aidiyyəti xidmətlər iştirak edir”, - məlumatda qeyd edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm