MDB
“Qiyamət günü” radiostansiyası yenə sirli sözlər yayımladı
“Qiyamət günü” radiostansiyası kimi tanınan UVB-76 efirdə yenidən qeyri-adi mesajlarla diqqət çəkib.
Publika.az xəbər verir ki, bu barədə stansiyanın yayımlarını izləyən “UVB-76 logları” "Telegram" kanalı məlumat yayıb.
Yayım 12:20-də başlayıb. Əvvəlcə efirdə yalnız “meşkovidnı” sözü səslənib. 36 dəqiqə sonra isə daha üç qeyri-adi söz - “tikanie”, “suçilnı” və “urokobey” yayımlanıb.
Qeyd olunur ki, avqustun 27-də də UVB-76 efirə normadan çox sayda mesaj verib. Həmin gün yayım adi vaxtdan xeyli əvvəl - təxminən saat 07:00-da başlayıb.
Daha sonra 09:25 və 10:53-də daha iki şifrəli mesaj yayımlanıb. Saat 11:00-dan etibarən isə stansiya fasiləsiz işləyərək saatda bir neçə şifrəli ötürmə həyata keçirib.
Müəllif: Adəm
-
Nida Xəbər 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama




































