Rusiya vilayətlərinə kütləvi hücum: Ukrayna dronları Ural dağlarına çatdı, itkilər var
Bizi izləyin

MDB

Rusiya vilayətlərinə kütləvi hücum: Ukrayna dronları Ural dağlarına çatdı, itkilər var

Rusiya vilayətlərinə kütləvi hücum: Ukrayna dronları Ural dağlarına çatdı, itkilər var

Sentyabrın 25-i gecəsi Rusiyanın bir neçə şəhəri Ukrayna Silahlı Qüvvələrinin (UHQ) kütləvi hücumlarına məruz qalıb.

Publika.az xəbər verir ki, xüsusilə, pilotsuz uçuş aparatları (PUA) Ulyanovska hücum edib.

Qubernator Aleksey Russkix sənaye və mülki infrastruktur obyektlərinə dəyən ziyanın qeydə alındığını bildirib.

“Təcili yardım xidmətləri hadisə yerində nəticələrin aradan qaldırılması üçün çalışır. Xəsarət alanlar var və onlara lazımi tibbi yardım göstərilir. Təcili yardım mərkəzi yaradılıb”, - qubernator bildirib.

Siyasətçi xatırladıb ki, dronların video və fotolarını, o cümlədən onların fraqmentlərini internetdə paylaşmaq qəti qadağandır. Regional qubernator Aleksandr Qusevin sözlərinə görə, Voronej də hava hücumlarına məruz qalıb. O bildirib ki, hava hücumundan müdafiə sistemləri şəhərətrafı ərazilərin üzərindəki səmada hücumu dəf edir. Qusev yerli sakinləri pəncərələrdən uzaq durmağa və evə girməyə çağırıb.

"Şəhərdəki ziyan qiymətləndirilir və təcili yardım xidmətləri yerində işləyir", - deyə o əlavə edib.

Permdə hava hücumundan müdafiə qüvvələri və mobil yanğınsöndürmə qrupları sənaye obyektinə edilən hücumu dəf edir.

Bundan əlavə, Rusiya Müdafiə Nazirliyinin hava hücumundan müdafiə sistemləri Moskvaya doğru uçan 17 dronu vurub.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm