MDB
Ruslar Putinə inanırlar? - Sorğunun nəticəsi
Rusiyada keçirilən yeni sorğu ölkə ictimaiyyətinin prezident Vladimir Putinə münasibətini ortaya qoyub. Nəticələrdə dövlət başçısına etimad göstəricisinin yüksək olduğu məlum olub.
Publika.az xəbər verir ki, Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin (VÇİOM) keçirdiyi sorğuya əsasən, respondentlərin 73,6 faizi Putinə etimad etdiyini bildirib. Respondentlərin 21,6 faizi isə prezidentə etimad göstərmədiyini deyib.
Sorğuda iştirak edənlərin 68 faizi Putinin prezident kimi fəaliyyətini bəyəndiyini, 21 faizi isə bəyənmədiyini bildirib.
Rusiya hökumətinin fəaliyyətini respondentlərin 46,1 faizi dəstəkləyib. Kabinetin fəaliyyətini bəyənməyənlərin payı 24,1 faiz olub.
Baş nazir Mixail Mişustinə respondentlərin 55,1 faizi etimad göstərib, 23,4 faizi isə ona etimad etmədiyini bildirib.
Beləliklə, VÇİOM-un nəticələrinə görə, sorğuda iştirak edənlərin əksəriyyəti Putinə etimad göstərir və onun prezident kimi fəaliyyətini dəstəkləyir.
Müəllif: Adəm Abbaslı
-
Nida Xəbər 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama




































