MDB
Zelenskini tənqid etdi, indi qorxu içindədir: “Öldürülə bilərəm”
Ukrayna prezidenti Vladimir Zelenskinin keçmiş mətbuat katibi Yuliya Mendel özünün və ailəsinin təhlükəsizliyindən qorxduğunu açıqlayıb.
Publika.az xəbər verir ki, Mendel alman jurnalist Patrik Baabla müsahibəsində bu narahatlığını Zelenski və onun yaxın çevrəsini açıq şəkildə tənqid etməsi ilə əlaqələndirib.
Onun sözlərinə görə, məsələ “Mirotvorets” saytının məlumat bazasına salınması deyil. Mendel iddia edib ki, Zelenski və yaxın ətrafındakı şəxslər “psixoloji sərhədi keçiblər” və onun fikrincə, bundan sonra öldürülmə ehtimalı istisna edilə bilməz.
Keçmiş sözçü konkret təhdid və ya ona qarşı hücum cəhdi barədə məlumat verməyib. Bu, Mendelin şəxsi qiymətləndirməsidir.
Mendel 2019-2021-ci illərdə Zelenskinin mətbuat katibi vəzifəsində çalışıb. Son aylarda o, keçmiş rəhbərini korrupsiyada ittiham edib və Zelenskinin Rusiya ilə münaqişəni davam etdirməyə çalışdığını bildirib. Bu iddialar da Mendelin öz açıqlamalarıdır.
Sentyabr ayında Mendelə qarşı Ukraynanın sanksiyaları tətbiq edilib. O, sanksiyaları konstitusiyaya zidd adlandıraraq bunu ictimai mövqeyi ilə əlaqələndirib.
Mendel indi isə keçmiş rəhbərliyi ilə yaranmış qarşıdurmanı özü və ailəsi üçün şəxsi təhlükəsizlik riski kimi qəbul etdiyini bildirib.
Müəllif: Adəm Abbaslı
-
ABŞ17:26Ev deyil, cəhənnəm: 9 uşağı ac-susuz qəfəsə salan ər-arvad həbs olundu - Foto
-
İnanc16:20Xərçəngdən əməliyyat olunan Papa dua oxuyacaq
-
Avropa15:38Maskalılar məşhur telekanalın binasına hücum etdilər
-
İdman14:55Ona "Rus Taysonı" deyirdilər - 40 yaşında öldü
-
İdman14:30Ermənilərin əsas ümidi idi - Ağır əməliyyat olundu
-
Region13:00İrəvana gələn Rusiya vətəndaşı müəmmalı şəkildə yoxa çıxdı
-
Ekologiya12:41Sabahın hava proqnozu açıqlandı
-
Hadisə12:21Eks-icra başçısı və xanımı məhkəmədə ifadə verdilər






































