Ukrayna daha 3 yaşayış məntəqəsini itirdi - 2 kənd mühasirədədir
Bizi izləyin

MDB

Ukrayna daha 3 yaşayış məntəqəsini itirdi - 2 kənd mühasirədədir

Ukrayna daha 3 yaşayış məntəqəsini itirdi - 2 kənd mühasirədədir

Rusiya qoşunları Ukraynanın Xarkov vilayətindəki Petropavlovka və Lozovoy yaşayış məntəqələrini nəzarətə götürüblər.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, "Şimal" qoşun qüvvələri qrupunun döyüşçüləri isə Sumı bölgəsindəki Marino kəndini ələ keçiriblər.

Xatırladaq ki, 24 sentyabrda Rusiya Müdafiə Nazirliyi "Şimal" qoşun qüvvələrinin bölmələrinin Ukrayna Silahlı Qüvvələrinin (VSU) birləşmələrini Lozovoy, Petropavlovka, Prikolotne, Xripunov və Rublenedən qovduğunu bildirmişdi.

Bundan əlavə, Müdafiə Nazirliyinin məlumatına görə, Rusiya qoşunları Xarkov bölgəsində Ukrayna Silahlı Qüvvələrinin mühasirəsini gücləndirir. Daha iki kənd - Buzovo və Xijnyakovo isə mühasirəyə alınıb.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm