MDB
Döyüşə balet rəqqası gedir? - Moskvada maraqlı məhkəmə
Rusiyada maraqlı məhkəmə prosesi olub.
Publika.az "Ostorojno, novosti" Teleqram kanalına istinadən xəbər verir ki, Moskvada balet rəqqasına hərbi xidmətə çağırışdan apelyasiya şikayəti vermək və hərbi xidmətini rəqslə əvəz etmək icazəsi verilməyib.
Kanalın məlumatına görə, 2025-ci ildə balet üzrə çalışan artist Yevgeni Q. Tver Rayon Hərbi Komissarlığına hərbi xidmətini alternativ xidmətlə əvəz etmək üçün ərizə təqdim edib. O, 11 ildir incəsənətlə məşğul olduğunu və müraciət etdiyi zaman xoreoqrafiya məktəbini yeni bitirdiyini bildirib. Hazırda Yevgeni Çuvaşiyadakı Opera və Balet Teatrında xidmət edir.
Hərbi Komissarlıq Yevgeninin ərizəsini rədd edib və gənc sənətçi iddia qaldırıb. O, hər bir mütəxəssisin öz sahəsinə diqqət yetirməli olduğunu və hərbi hissədən daha çox səhnədə faydalı olacağını iddia edib.
Rəqqas israrla mübarizə aparıb və bəyan edib ki, onun peşəsini seçən insanlar öz peşəkar fəaliyyətləri ilə Ukrayna müharibəsi davam edən vaxtda əsgərlərin əhval-ruhiyyəsini və vətənpərvərliyini artırır və onlara posttravmatik stressdən qaçmağa də kömək edirlər. Məhkəmə iddianı rədd edib və apelyasiya məhkəməsi həmçinin Yevgeninin alternativ xidmət üçün heç bir əsasının olmadığı qənaətinə gəlib. İndi o, orduya çağırılacaq.
Müəllif: Tural
-
Nida Xəbər 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama




































