Moskvadan Ankaraya “S-400” qadağası - “Rusiyanın icazəsi olmadan...”
Bizi izləyin

MDB

Moskvadan Ankaraya “S-400” qadağası - “Rusiyanın icazəsi olmadan...”

Moskvadan Ankaraya “S-400” qadağası - “Rusiyanın icazəsi olmadan...”

"Türkiyə Rusiyanın rəsmi razılığı olmadan rus istehsalı olan "S-400" zenit-raket komplekslərini üçüncü tərəfə ötürə və ya sata bilməz".

Publika.az xəbər verir ki, bu barədə BMT-nin mənzil-qərargahında keçirilən mətbuat konfransı zamanı Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

"S-400" məsələsinin necə həll olunacağı və Türkiyənin bu sistemləri sata bilib-bilməyəcəyi ilə bağlı suala cavab verən Lavrov Moskva və Ankara arasında bağlanan müqavilənin şərtlərini xatırladıb.

““S-400 sistemləri son istifadəçi sertifikatının tam və qüsursuz şəkildə qorunub saxlanılmasını nəzərdə tutan müqavilə paketi ilə tədarük edilib. Onlar çox yaxşı bilirlər ki, əgər nə vaxtsa bu sistemləri öz sərhədlərindən kənara çıxarmaq istəsələr, bunu bizim rəsmi razılığımız olmadan edə bilməzlər”, – deyə Rusiya xarici siyasət idarəsinin rəhbəri bildirib.

Lavrovun sözlərinə görə, Türkiyə hələlik belə bir xahişlə Rusiyaya müraciət etməyib.

“Belə bir müraciət olmayıb. Bizə belə bir müraciət daxil olmayıb”, – deyə nazir vurğulayıb.

Rusiya Türkiyəyə S-400-lərin tədarükünə 2019-cu ilin iyulunda başlayıb. Sistemlərin alınması haqqında müqavilə 2017-ci ilin aprelində imzalanıb. Birinci batareyanın tədarükü 2019-cu ilin iyulunda, ikincinin isə həmin ilin sentyabrında başa çatıb, bundan sonra Türkiyədə sistemin istismarına hazırlıq işlərinə başlanılıb.

Rusiya komplekslərinin alınması Ankara və Vaşinqton arasında ciddi münaqişəyə səbəb olub. ABŞ bəyan etmişdi ki, Rusiya sistemi Amerikanın beşinci nəsil "F-35" qırıcısı ilə uyğun gəlmir və onun təhlükəsizliyinə təhdid yaradır. 2019-cu ilin iyulunda Pentaloq Türkiyənin "F-35" proqramında iştirakının dayandırılması prosesinə başlayıb və bu qərarı birbaşa Ankaranın "S-400"ü əldə etməsi ilə əlaqələndirib.

Türkiyə "F-35" proqramının beynəlxalq tərəfdaşlarından biri idi və qırıcının komponentlərinin istehsalında iştirak edirdi. Vaşinqtonun qərarından sonra onun proqramdakı iştirakı qısaltmağa başlanılıb, tədarüklər və türk mütəxəssislərin təlimi dayandırılıb.

"S-400" məsələsi Türkiyə ilə ABŞ münasibətlərinə təsir etməyə davam edir. 2026-cı ilin iyulunda dərc edilmiş ABŞ Dövlət Departamentinin məlumatlarına əsasən, Ankara hələ də "F-35" proqramına qayıtmaq üçün zəruri olan hüquqi şərtləri yerinə yetirməyib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm