MDB
Peskov: "Yaxşı ki, cənab Zelenski əzəli rus dilini unutmayıb"
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov növbəti dəfə Ukrayna mövzusunda diqqət çəkən açıqlama verib.
Publika.az RİA Novosti agentliyinə istinadən xəbər verir ki, o, Ukrayna liderinin Moskvaya raketlə uçmaq istəyi barədə aşağılayıcı açıqlamasından sonra Volodimir Zelenskinin rus dilini bilməsini zarafatla tərifləyib.
Peskov deyib: "Yaxşı ki, cənab Zelenski əzəli rus dilini unutmayıb".
Xatırladaq ki, Dmitri Peskov Volodimir Zelenskinin Vladimir Putinlə görüşmək üçün Moskvaya gələ biləcəyini və Rusiya tərəfinin ona lazımi təhlükəsizlik zəmanətlərini verəcəyini bildirmişdi. Sentyabrın 24-də isə BMT Baş Assambleyasının toplantısı üçün ABŞ-a gələn jurnalistlərdən biri Volodimir Zelenskidən Rusiya paytaxtına nə vaxt səfər etməyi planlaşdırdığını soruşub. O, jurnalistin rus dilində dönə-dönə təkrarladığı suala "raketlə gələcəyəm" cavabını vermişdi.
Müəllif: Tural
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək





































