MDB
Erməni deputatdan sərsəm bəyanat: "Uduzmamışıq, müharibə hələ bitməyib"
27 sentyabr Ermənistanda hərbi-siyasi faciə, 44 günlük müharibədə məğlubiyyətin başlandığı gün kimi xatırlanır.
Publika.az xəbər verir ki, siyasətçilər, əsasən də revanşist qüvvələr hələ də məğlubiyyəti həzm edə bilmirlər. Məsələn, "Mamul" nəşri yazır ki, parlamentin "Şərəfim var" fraksiyasının deputatı, təhlükəsizlik və hərbi məsələlər üzrə mütəxəssis Tiqran Abrahamyan müharibənin hələ bitmədiyini deyib. Revanşist siyasətçi gülməli şəkildə ordunun, erməni xalqının uduzmadığını iddia edib.
"44 günlük müharibənin başlandığı gündən altı il keçdi. Amma yaralar sağalmayıb, ağrılarımız azalmayıb və bir çox məsələlər həll olunmayıb. Bir şey dəyişməz olaraq qalır ki, bu da erməni əsgərinin uduzmamasıdır. Komandirlərimiz uduzmayıb, erməni xalqı həmin müharibədə geri çəkilməyib. Erməni əsgəri, zabiti və milləti amansızcasına aldadılıb, yanlış yola salınıb və xəyanətə uğradı. Bu müharibə bitməyib. O, təkcə döyüşdə ölən əsgərlərimizin missiyası yarımçıq qaldığı üçün deyil, həm də düşmənin əldə etdiklənlərindən məmnun olmadığı üçün bitməyib",- erməni deputat deyib.
Müəllif: Tural
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək





































