MDB
Krasnodara kütləvi dron hücumu: Yanğınlar var
Rusiyanın Krasnodar diyarındakı bir neçə bələdiyyə kütləvi dron hücumuna məruz qalıb.
Publika.az xəbər verir ki, bu barədə regional əməliyyat qrupu məlumat yayıb.
Qərargahın Telegram kanalında dərc olunmuş açıqlamasında deyilir: "Dronun qalıqlarının düşməsi nəticəsində Dinski, Pavlovski və Krasnoarmeyski rayonlarında üç mülki infrastruktur obyektində yanğınlar baş verib".
İlkin məlumatlara görə, xəsarət alan yoxdur. Hadisə yerində təcili yardım xidmətləri və xüsusi təyinatlılar işləyir.
Öz növbəsində, Rusiya Müdafiə Nazirliyi bildirib ki, Rusiya hava hücumundan müdafiə qüvvələri bir gecə ərzində Rusiya regionları, Azov dənizi və Qara dəniz üzərində 250-dən çox Ukrayna dronu vurub.
"Ötən gecə, 27 sentyabr Moskva vaxtı ilə saat 20:00-dan 28 sentyabr Moskva vaxtı ilə saat 08:00-dək, növbətçi hava hücumundan müdafiə qüvvələri 254 Ukrayna pilotsuz uçuş aparatını ələ keçirərək məhv edib", - deyə məlumatda bildirilir.
Qeyd olunur ki, pilotsuz təyyarələr Belqorod, Bryansk, Smolensk, Kaluqa, Tula, Kursk, Voronej, Lipetsk, Tambov, Ryazan, Oryol, Saratov, Rostov vilayətləri, Moskva vilayəti, Krasnodar diyarı, Azov dənizi və Qara dəniz üzərində vurulub.
Müəllif: Tural
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək





































