MDB
Rusiyada dəhşətli yanğın: matəm elan olundu - Yeniləndi
Rusiyanın Yaroslavl vilayətindəki yanğında həlak olanların sayı 14 nəfərə yüksəlib.
Publika.az xəbər verir ki, Rusiya FHN yanğının artıq söndürüldüyünü açıqlayıb.
Qeyd edək ki, yanğının baş verdiyi müəssisənin yerləşdiyi Kubrinsk kəndində sentyabrın 30-u matəm günü elan edilib.
***
Rusiyanın Yaroslavl vilayətində pirotexniki vasitələr istehsal olunan müəssisədə baş vermiş yanğın nəticəsində ölənlərin sayı artıb.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, ölənlərin sayı 13-ə çatıb.
***
Rusiyanın Yaroslavl vilayətində pirotexnika istehsalı müəssisəsində baş verən yanğın nəticəsində 5 nəfər ölüb.
Publika.az xəbər verir ki, hadisə Pereslavl-Zalesski bələdiyyə dairəsinin Kubrinsk qəsəbəsində yerləşən pirotexnika istehsalı müəssisəsində baş verib.
Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, müəssisənin ərazisində iki bina yanıb. Yanğının söndürülməsinə 100-dən çox əməkdaş və 40-dan artıq texnika cəlb olunub.
Yanğın lokallaşdırılıb. Dağılan konstruksiyaların sökülməsi zamanı xilasedicilər 5 nəfərin meyitini aşkarlayıblar. Daha bir qadın ayağından xəsarət alıb və tibbi yardım üçün təcili yardım briqadasına təhvil verilib.
Yanğının səbəbi hələlik açıqlanmayıb. Rusiya İstintaq Komitəsi sənaye təhlükəsizliyi tələblərinin pozulması və iki və ya daha çox şəxsin ölümünə səbəb olması maddəsi ilə cinayət işi açıb. Hadisənin səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırma və ekspertizalar aparılır.
Ləman
-
Rəsmi xronika19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
-
Region16:38Ermənistanla Azərbaycan arasında sərhəddə nə baş verir? - Mirzoyandan diqqətçəkən mesaj
-
Nida Xəbər 14:48Ramin İsayevin 100 milyonluq sərvəti var imiş - Siyahı/Foto
-
Nida Xəbər 14:06Zəngəzur dəhlizi boyunca neft və qaz kəmərləri hansı ərazilərdən keçəcək?
-
Rəsmi xronika13:50Şimali Makedoniya Prezidenti İlham Əliyevə zəng etdi



































