MDB
Putin Azərbaycanla bağlı fərman imzaladı: Bu məbləğdən artıq pul gətirmək qadağan edildi
Rusiya Prezidenti Vladimir Putin fiziki şəxslər, hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən Avrasiya İqtisadi Birliyinə (AAİB), Azərbaycana, Tacikistana və Özbəkistana 1 milyon rubldan (təxminən 20 min manat) çox nağd rubl ixracını qadağan edən fərman imzalayıb.
Publika.az xəbər verir ki, hüquqi informasiya portalında dərc edilən sənəddə deyilir:
"Rusiya Federasiyasından Avrasiya İqtisadi Birliyinin üzv dövlətlərinə, Azərbaycan Respublikasına, Tacikistan Respublikasına və Özbəkistan Respublikasına fiziki şəxslər, eləcə də hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən məbləğindən asılı olmayaraq 1 milyon rubldan çox məbləğdə nağd valyuta ixracına qadağa qoyulsun".
Sənəddə həmçinin bir sıra istisnalar nəzərdə tutulur, məsələn, nağd rublun hökumət tərəfindən təyin edilmiş beynəlxalq hava limanlarında Rusiya hava sərhəd keçid məntəqələrindən ixracı zamanı, ixrac edilən bütün məbləğ üçün bank çıxarışlarının mövcud olması şərtilə.
Qeyd etmək lazımdır ki, əvvəllər Rusiyada fiziki şəxslər üçün limit 100.000 dollara bərabər idi. Lakin bu limit Azərbaycan, Tacikistan və Özbəkistana şamil edilmirdi.
Müəllif: Tural
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
-
Region21 Oktyabr 16:38Ermənistanla Azərbaycan arasında sərhəddə nə baş verir? - Mirzoyandan diqqətçəkən mesaj
-
Nida Xəbər 21 Oktyabr 14:48Ramin İsayevin 100 milyonluq sərvəti var imiş - Siyahı/Foto
-
Nida Xəbər 21 Oktyabr 14:06Zəngəzur dəhlizi boyunca neft və qaz kəmərləri hansı ərazilərdən keçəcək?




































