MDB
Rusiya Dövlət Dumasına görün kimlər rəhbərlik edəcək - YENİLİK OLACAQ
Doqquzuncu çağırış Dövlət Dumasının rəhbərliyinə sədrin iki birinci müavini və doqquz sədr müavini daxil olacaq.
Publika.az TASS-a istinadla xəbər verir ki, bu barədə jurnalistlərə birinci plenar iclasın hazırlığı üzrə müvəqqəti deputat işçi qrupunun rəhbəri Viktor Pinski bildirib
Bundan əvvəl Pinski bildirmişdi ki, yeni çağırış Dövlət Dumasında 34 komitə və dörd daimi komissiya yaradılacaq. Xüsusilə, iki yeni komitə fəaliyyətə başlayacaq. Bunlardan biri rəqəmsal texnologiyalar və süni intellekt sahəsinə, ikincisi isə inzibati və cinayət qanunvericiliyi məsələlərinə diqqət yetirəcək.
Doqquzuncu çağırış Dövlət Dumasına deputat seçkiləri Rusiyada sentyabrın 18-dən 20-dək keçirilib. Səsvermənin yekunlarına əsasən, “Vahid Rusiya” partiyası 349, KPRF 37, LDPR 23, “Yeni insanlar” 19, “Ədalətli Rusiya” 17 və “Rodina” partiyası 1 mandat qazanıb. Bundan əlavə, parlamentin aşağı palatasına dörd bitərəf namizəd seçilib.
Rusiya Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçkilərdə fəallıq rekord səviyyədə – 59,8% və ya 67,4 milyon seçici təşkil edib.
Hüseyn İbadlı
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək





































