MDB
Putindən Azərbaycan və digər MDB ölkələri ilə bağlı SƏRT QADAĞA - Bu gündən qüvvəyə minir
Rusiya Prezidenti Vladimir Putin MDB ölkələrinə nağd pul çıxarılması qaydalarını sərtləşdirən fərman imzalayıb.
Publika.az xəbər verir ki, sənəd rəsmi hüquqi aktların dərc olunduğu portalda yayımlanıb.
Fərmana əsasən, fiziki şəxslər üçün Avrasiya İqtisadi İttifaqının üzvü olan dövlətlərə, Azərbaycan, Tacikistan və Özbəkistana 1 milyon rubldan artıq məbləğdə nağd pul çıxarılmasına qadağa qoyulur. Bununla yanaşı, hüquqi şəxslərə və fərdi sahibkarlara istənilən məbləğdə vəsait çıxarmaq qadağan ediləcək.
Həmçinin sənəddə deyilir ki, pozuntu aşkar edilərsə, fiziki şəxslərdən nağd pulun 1 milyon rublluq məhdudiyyəti aşan hissəsi müsadirə olunacaq. Əgər hüquqi şəxslər və ya sahibkarlar məhdudiyyətlərdən yan keçməyə çalışsalar, onlardan bütün məbləğ müsadirə ediləcək.
Fərman imzalandığı gündən qüvvəyə minir.
Sentyabrın 23-də Rusiya Mərkəzi Bankının maliyyə monitorinqi və valyuta nəzarəti xidmətinin rəhbəri Boqdan Şablya bildirmişdi ki, Rusiyada nağd pul və qızılın ölkədən çıxarılmasına dair məhdudiyyətlər sərtləşdiriləcək. Onun sözlərinə görə, bu istiqamətdə “daha çox qayda-qanun yaratmaq” lazımdır.
Hüseyn İbadlı
-
Dünya09:18Bazara dronla hücumda ölənlərin sayı kəskin artdı - VİDEO
-
ABŞ08:48Qarğıdalı sahəsində sirli kosmik obyekt aşkar edildi
-
Avropa08:36Britaniyada İran agentləri yenidən ələ keçirildilər
-
Magazin206:16Dua Lipa dərin yarıqlı şəffaf libasda göz qamaşdırdı - FOTO
-
Dünya05:15Daha bir ölkədə tələbələr ayağa qalxdılar
-
Region03:43Tehran ABŞ ilə danışıqların bərpası üçün şərtləri açıqladı
-
Sağlamlıq03:13Piylənmə üçün mükəmməl vasitə kəşf edildi
-
ABŞ02:12"SpaceX"in gəlirləri kəskin artırdı



















.jpg)
















