MDB
Tokayev Ukraynaya hörmətini ifadə etdi - Putini müharibəni dayandırmağa çağırdı
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirib ki, Rusiya Ukraynada hərbi əməliyyatları dondurmalı və sülh danışıqlarına başlamalıdır.
Publika.az xəbər verir ki, Tokayev bu barədə Almaniya kansleri Fridrix Merts ilə keçirdiyi mətbuat konfransında bildirib:
"Bu məsələ ilə bağlı şəxsi mövqeyimi çox yaxşı başa düşdüyünə görə Prezident Vladimir Putinə minnətdaram. Çünki hamımız - dövlət liderləri - Ukrayna ərazisində hərbi əməliyyatlara son qoyulmasını dəstəkləyirik".
O, həmçinin əlavə edib ki, Ukrayna xalqına, onun tarixinə, mədəniyyətinə, adət-ənənələrinə və dilinə böyük hörmət bəsləyir. Eyni zamanda, Qazaxıstan Prezidentinin sözlərinə görə, o, müharibənin "indiki şəraitdə" "dərhal" sona çatmasının qeyri-real olacağını da başa düşür.
Bundan əvvəl Tokayev şəxsən Putinə Ukraynadakı döyüşləri dayandırmağı təklif etmişdi. "Bəlkə də bu münaqişə dondurulmalı və İstanbul 2.0 formulu geri qaytarılmalıdır, çünki orada əhəmiyyətli nəticələr əldə edilib. Təbii ki, böyük dövlətlərin zəmanəti altında", - Tokayev iyulun sonlarında Omskda keçirilən görüşdə bildirib.
O zaman o, Ukraynadakı müharibə ilə bağlı Avropa və ABŞ-dan "çoxlu siqnallar" aldığını qeyd etmişdi. Eyni zamanda, Tokayev Rusiyanın "məsələni özü həll edə biləcəyini" bildirərək, nizamlamada vasitəçi olmaqdan imtina etmişdi.
Müəllif: Tural
-
Hadisə19:13Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar: 5 nəfər həbs olundu - FOTO/YENİLƏNDİ
-
Nida Xəbər 18:24Azərbaycana qarşı qarayaxma kampaniyası aparan Oktay Saral sabah istefa verəcək
-
Hadisə17:17Deputat Arzuxan Əlizadənin oğlu məhkəməyə belə gətirildi - VİDEO
-
Avropa16:55Vuçiçin anasına hücum etdilər
-
Digər16:44Çində 6 bala yaxın zəlzələ oldu
-
Avropa16:15Polis 1300-dən çox etirazçını saxladı
-
Maraq dünyası15:57Çində dinozavr dişləri olan quş qalığı tapıldı - Foto
-
Ekologiya15:19Şahbuz və Ordubada qar yağdı - FOTO












.jpg)
















_(1).jpg)









