MDB
Rusiyada 120 min nəfər orduya çağırılacaq - Tarix açıqlandı
Rusiyada payız çağırış kampaniyası çərçivəsində təxminən 120 min nəfərin hərbi xidmətə göndərilməsi nəzərdə tutulur.
Publika.az “İnterfax” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Təşkilati və Səfərbərlik İdarəsinin rəisi Yevgeni Burdinski açıqlayıb.
Onun sözlərinə görə, çağırışçıların xidmət yerlərinə göndərilməsinə oktyabrın 10-dan başlanılacaq. Uzaq Şimal ərazilərində yaşayan və kənd təsərrüfatı işləri ilə məşğul olan şəxslər üçün isə göndəriş tarixləri fərqli olacaq.
Burdinski bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin imzaladığı fərmana əsasən, 2026-cı il ərzində ümumilikdə 261 min nəfərin hərbi xidmətə cəlb edilməsi planlaşdırılır. Hazırda çağırış kampaniyasının keçirilməsi üçün ölkə üzrə 2,5 mindən çox çağırış komissiyası fəaliyyət göstərir.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, bu ilin yaz çağırışı zamanı 141 min nəfər silahlı qüvvələrə göndərilib. Yaz çağırışı iyulun 15-də başa çatıb.
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək




































