MDB
Ukraynanın dövlət borcu 4.5 dəfə artıb - Fantastik məbləğ
Ukraynanın xarici və daxili dövlət 2019-cu ilin may ayının sonundan bəri 4,5 dəfə artıb.
Publika.az xəbər verir ki, bu barədə Ukrayna Maliyyə Nazirliyinin hesabatında bildirilir.
Qeyd olunur ki, 31 avqust 2026-cı il tarixinə respublikanın dövlət və dövlət tərəfindən təmin edilmiş borcu 9 602,89 milyard qrivna və ya 215,55 milyard dollar təşkil edib.
Ukrayna Maliyyə Nazirliyinin məlumatına görə, 2019-cu ilin may ayının sonunda ölkənin xarici və daxili borcu 2 106,49 milyard qrivna və ya 47 milyard dollar təşkil edib. Beləliklə, agentliyin yekun hesabatında bu ilin avqust ayına qədər borcun 4,5 dəfə artdığı göstərilir.
Maliyyə Nazirliyinin məlumatına görə, Ukraynanın dövlət borcu bu ilin sonuna qədər 10,146 milyard qrivnaya və ya 226 milyard dollara çatacaq.
Ukraynanın 2027-ci il üçün dövlət büdcəsi layihəsində 37 milyard dollar kəsir və milli borcun 276 milyard dollara qədər artırılması nəzərdə tutulur. Baş nazir Sergey Koretski bildirib ki, Kiyev gələn il ÜDM-nin təxminən 44%-ni və ya 109 milyard dolları orduya xərcləmək niyyətindədir.
Müəllif: Tural
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək




































