MDB
Rusiyada da ayıların qətliamı başladı: Öldürülən hər heyvana görə mükafat veriləcək
Rusiyanın Tomsk vilayətinin qubernatoru Vladimir Mazur ayı ovçuları üçün bir sıra təşviq proqramlarının hazırlanmasını əmr edib.
Publika.az xəbər verir ki, bu proqrama hər öldürülən ayı üçün mükafat da daxildir. Vilayət qubernatoru özünün "Max" kanalında Sibir bölgələrində ayı probleminin hələ də aktual olduğunu vurğulayıb.
Sibirin digər bölgələrində olduğu kimi, Tomsk vilayətində də ayıların məskunlaşmış ərazilərin yaxınlığında gəzməsi problemi davam edir və bu da insanlar üçün ciddi təhlükə yaradır. Mazur regional hökumətə ovçuları həvəsləndirmək üçün müxtəlif tədbirlərin tez bir zamanda hazırlanmasını tapşırıb.
Xüsusilə, mütəxəssislər öldürülən hər bir ayı üçün mükafatların tətbiqi ilə bağlı təkliflər hazırlayırlar. Son məlumatlara görə, yaz mövsümünün əvvəlindən bəri Rusiyada ayıların insanlara hücumu nəticəsində ən azı 22 ölüm hadisəsi qeydə alınıb.
Bu cür hadisələrdən ikisi Buryatiyada, üçü Kamçatkada, Xabarovsk diyarı, Voloqda vilayəti və Tuvada bir hadisə baş verib. Hücumlarda Krasnoyarsk diyarında yeddi, İrkutsk və Tomsk vilayətlərində üç, Altay Respublikasında isə bir nəfər ölüb.
Daha əvvəl Yaponiyada da ayıların öldürülməsi üçün kampaniya baladılmışdı.
Müəllif: Tural
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək




































