MDB
Rusiya nüvə silahından nə zaman istifadə edəcək? - Peskov əsas şərti açıqladı
Rusiya Federasiyasının doktrina sənədlərində nüvə silahının tətbiqi şərtləri dəqiq müəyyənləşdirilib.
Publika.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov xatırlatma verib.
“Bizim doktrina sənədlərimiz mövcuddur və orada bu və ya digər silah növlərinin istifadəsi üçün modallıqlar və şərtlər dəqiq şəkildə qeyd olunub”, – o bildirib.
Peskov qeyd edib ki, belə silahların tətbiqi vahid məqsədə – ölkənin ərazi bütövlüyünün qorunmasına nail olmağa yönəlib.
O, bu açıqlaması ilə NATO-nun baş katibi Mark Ruttenin sözlərini şərh edib. Ötən gün Rutte Şimali Atlantika Alyansının Kalininqrad vilayətini blokadaya almaq cəhdləri olacağı təqdirdə Rusiyanın bütün arsenalını, o cümlədən nüvə silahını istifadə etməyə hazır olması barədə xəbərdarlıq aldığını bildirib.
Sentyabrın 30-da Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bəyan edib ki, məsələn, Kalininqrad vilayətini blokadaya almaq üzrə istənilən cəhdlərə görə nüvə cavabı Rusiya Federasiyasının normativ sənədləri ilə müəyyən edilib.
Hüseyn İbadlı
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək




































