MDB
“Ankoriç şifrələri” çözülür - Putin razılaşıb, amma...
Rusiya Ankoriçdə Birləşmiş Ştatların Ukrayna ilə bağlı müəyyən təklifləri ilə razılaşıb.
Publika.az xəbər verir ki, bunu barədə Rusiya Prezidenti Vladimir Putin “Valday” Beynəlxalq Diskusiya Klubunun iclasının plenar sessiyası zamanı bəyan edib.
“Ankoriçilə bağlı olaraq – bizə müəyyən təkliflər irəli sürülmüşdü. Mən dedim: “Fikirləşmək lazımdır”, Ankoriçə gələrək ABŞ-ın təklifləri ilə razılaşdığımızı bildirdim. Biz Ankoriçdə öz təkliflərimizi deyil, ABŞ-ın təkliflərini müzakirə edirdik”, - o qeyd edib.
Rusiya lideri həmçinin qeyd edib ki, ABŞ prezidenti Donald Trampın Ukrayna ilə bağlı təkliflərində Rusiya üçün mürəkkəb qərarlar mövcuddur. Lakin Moskva bunun düzgün istiqamətdə irəliləyiş olduğunu başa düşür.
2025-ci il avqustun 15-də Alyaskanın Ankoriç şəhərindəki Elmendorf-Riçardson hərbi bazasında Putin və Trampın görüşü baş tutub. ABŞ liderinə dövlət katibi Marko Rubio və Amerika liderinin xüsusi elçisi Stiv Uitkoff, Putinə isə Rusiya XİN başçısı Sergey Lavrov və prezidentin beynəlxalq məsələlər üzrə müşaviri Yuri Uşakov qoşulublar.
Daha əvvəl Rusiya XİN-in nümayəndəsi Mariya Zaxarova bəyan etmişdi ki, Moskva Vaşinqtonun Ukraynadakı münaqişənin nizamlanması üzrə konstruktiv təkliflərini dinləməyə hazırdır. Diplomat istənilən təşəbbüslərin Rusiyanın milli maraqlarını nəzərə almalı olduğunu bildirmişdi.
Hüseyn İbadlı
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
















.webp)






.jpg)













