MDB
Sankt-Peterburqda Millerin tarixi malikanəsi yanır
Sankt-Peterburqun mərkəzində, İsaakiyevskaya meydanında yerləşən Millerin tarixi malikanəsində böyük yanğın baş verib.
Publika.az xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin Sankt-Peterburq üzrə Baş İdarəsinə istinadən xəbər verir ki, yanğına mürəkkəblik üzrə üçüncü dərəcə verilib və alovun əhatə etdiyi ərazi 2 min kvadratmetrə çatıb.
Yanğının söndürülməsinə 125 nəfər və 31 texnika cəlb olunub.
İsaakiyev kilsəsinin qarşısında yerləşən binada yanğın baş verməsi barədə məlumat yerli vaxtla saat 20:11-də təcili xidmətlərə daxil olub. İlkin olaraq alov malikanənin birinci və ikinci mərtəbələrinə yayılıb, daha sonra yanğının əhatə etdiyi ərazi əhəmiyyətli dərəcədə genişlənib.
İlkin məlumatlara görə, xəsarət alan yoxdur.
Qeyd edək ki, Miller malikanəsi regional əhəmiyyətli mədəni irs obyekti hesab olunur. Bina 1879–1880-ci illərdə memar Ferdinand Millerin layihəsi əsasında yenidən qurulub.
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi




















.jpg)
















