MDB
Putin 47 min hərbçinin qatıldığı təlimi izlədi
Rusiya Prezidenti Vladimir Putin Çelyabinsk vilayətində yerləşən Çebarkul poliqonuna gedərək “Mərkəz-2026” strateji komanda-qərargah təliminin gedişini izləyib.
Publika.az xəbər verir ki, Rusiya Prezidentinin Administrasiyasının informasiya-məlumat xidmətinin yaydığı məlumata görə, təlimlərə 47 mindən çox hərbçi cəlb olunub. Hərbçilər 11 poliqonda, həmçinin Xəzər dənizinin akvatoriyasında müxtəlif tapşırıqları yerinə yetirirlər.
Putin bildirib ki, təlimin əsas məqsədi xarici təcavüzün dəf edilməsi zamanı qoşunların idarə olunması üzrə müxtəlif səviyyəli qərargahların rəhbər heyətinin bacarıqlarını təkmilləşdirməkdir. Onun sözlərinə görə, təlim iştirakçıları yeni silah və hərbi texnikadan praktik istifadə edir, tapşırıqlar isə xüsusi hərbi əməliyyatın keçirilməsi təcrübəsi nəzərə alınmaqla icra olunur.
Təlimin gedişi barədə dövlət başçısına müdafiə naziri Andrey Belousov, müdafiə nazirinin müavini Yunus-bek Yevkurov və Quru Qoşunlarının Baş Komandanı Andrey Mordviçov məruzə ediblər.
Belarus, Çin və Pakistan da təlimlərdə iştirak etmək üçün hərbi kontingent göndərib. Təlimlərə strateji bombardmançı təyyarələr də cəlb olunub.
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi




















.jpg)
















