MDB
Məhbus qatarda konvoy əməkdaşını güllələdi: Tualetə aparılarkən silahı ələ keçirib...
Rusiyanın Kabarda-Balkariya Respublikasında məhbusun məhkumların daşınması üçün nəzərdə tutulan vaqonda konvoy əməkdaşlarına hücumu nəticəsində Cəzaların İcrası Federal Xidmətinin bir əməkdaşı həlak olub, üç nəfər yaralanıb.
Publika.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətindən bildirilib.
Məlumata görə, hadisə Murtazovo stansiyası ərazisində baş verib.
Məhbuslardan biri tualetə aparılarkən konvoy əməkdaşına hücum edib və onun xidməti silahını ələ keçirib. Nəticədə bir əməkdaş həlak olub, üç nəfər yaralanıb.
Keçirilən əməliyyat zamanı hücum edən şəxs polis əməkdaşları tərəfindən zərərsizləşdirilib. Mülki əhali arasında xəsarət alan olmayıb.
TASS-ın mənbəsinin məlumatına görə, yaralanan əməkdaşlardan birinin vəziyyəti ağır, ikisinin vəziyyəti isə orta ağır qiymətləndirilir.
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi




















.jpg)
















