MDB
Rusiyanın hərbi və komanda məntəqələri vuruldu
Oktyabrın 3-nə keçən gecə Ukrayna Müdafiə Qüvvələri Rusiya ordusuna məxsus hücum dronlarının buraxılış məntəqəsinə, komanda məntəqəsinə və keçid məntəqəsinə zərbələr endirib.
Publika.az Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının “Telegram” kanalına istinadla xəbər verir ki, Donetsk bölgəsində hücum dronlarının saxlanması, hazırlanması və buraxılış məntəqəsinə zərbə endirilib.
“Bu cür obyektlər prioritet hədəflər arasındadır. Sistematik məhvetmə Rusiya ordusunun Ukraynada mülki infrastrukturlara qarşı hücum dronlarından istifadə etmək qabiliyyətini azaltmaq məqsədi daşıyır”, - deyə Baş Qərargahın məlumatında qeyd edilib.
Bundan başqa Rusiya Federasiyasının Belqorod bölgəsindəki Novaya Tavoljanka yaxınlığında Ukrayna qüvvələri Rusiya ordusunun komanda məntəqəsinə, həmçinin Donetsk bölgəsindəki Novoşçevatoye yaxınlığında Mokri Yalı çayı üzərindəki keçid məntəqəsinə, eyni zamanda, Xerson bölgəsindəki Xromivka yaxınlığında Rusiya ordusuna məxsus təmir bazasına zərbələr endirilib.
Ukrayna qüvvələri Belqorod bölgəsindəki Voznesenivka yaxınlığında Rusiya hərbi logistikasına da hava hücumu edib.
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi
-
Dünya10:30Netanyahu nüvə partlayışının görüntüsünü yaydı: Dəhşətli müharibə başlayır?
















.jpg)




















