MDB
Ramzan Kadırova ordu generalı paqonu təqdim edildi
Rusiya qvardiyasının direktoru Viktor Zolotov Çeçenistan lideri Ramzan Kadırova ordu generalının çiyin nişanlarını və qırmızı bereti təqdim edib.
Publika.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"Rusiya Prezidenti Vladimir Vladimiroviç Putin bu gün mənə Rusiya Qəhrəmanı general-polkovnik Kadırova ordu generalı ali hərbi rütbəsi verilməsi haqqında fərmanı çatdırmağı tapşırdı", - Zolotov bildirib.
Zolotov əlavə edib ki, Çeçenistan lideri bu simvolu, yəni bereti xüsusi təyinatlı qüvvələr bölməsinin və Milli Qvardiya qoşunlarının inkişafına verdiyi töhfələrə görə alıb.
Xatırladaq ki, 30 sentyabr Rusiyada "Rosqvardiya" Xüsusi Təyinatlı Qüvvələr Günü kimi qeyd olunur. Bu günlərdə qırmızı beret xüsusilə fərqlənən əsgərlər və döyüşçülərə verilir.
Müəllif: Tural
-
Hadisə21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ













.webp)









.jpg)














