MDB
Moskva vilayətinə kütləvi PUA hücumu: Ölən və yaralananlar var
Moskva vilayətində gecə saatlarında dron hücumu nəticəsində bir nəfər ölüb, altı nəfər yaralanıb.
Publika.az xəbər verir ki, bu barədə regional qubernator Andrey Vorobyov məlumat verib.
"İlkin məlumatlara görə, altı nəfər yaralanıb. Pokrovskoyedə qəlpə yaraları alan bir kişi xəstəxanaya aparılıb. İstrada Yadromino və Qorki şəhərlərinin iki sakini xəstəxanaya yerləşdirilib, onlardan biri əməliyyat olunacaq. Domodedovo rayonunun Lyaxovo kəndində üç nəfər tibbi yardıma ehtiyac duyub. Müayinə və müalicədən sonra onlar xəstəxanaya yerləşdirilməkdən imtina ediblər. Təəssüf ki, bir nəfər ölüb", - deyə o, “Max” platformasında yazıb.
Onun sözlərinə görə, hava hücumundan müdafiə qüvvələri və elektron müharibə sistemləri 16 bələdiyyədə 185 PUA-nı vurub.
Hücum nəticəsində dağıntılar da baş verib. İstrada Safontevo, Torlopovo, Qorki və Yadrominada on fərdi evə, eləcə də yardımçı tikililərə və iki avtomobilə ziyan dəyib.
Moskva vilayətinin digər ərazilərində də ziyan qeydə alınıb. Volokolamsk rayonunun Pokrovskoye kəndində bir evin fasadı və şüşələri zədələnib. Domodedovoda fərdi ev yanğına məruz qalıb, Barıbinoda isə bir ev tamamilə yanıb.
Eyni zamanda, Moskva meri Sergey Sobyanin Müdafiə Nazirliyinin hava hücumundan müdafiə qüvvələrinin Rusiya paytaxtına doğru uçan 19 PUA-nı vurduğunu bildirib.
Müəllif: Tural
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi
-
Dünya10:30Netanyahu nüvə partlayışının görüntüsünü yaydı: Dəhşətli müharibə başlayır?













.jpg)
.jpg)




.webp)


















