MDB
Putinin yumor hissi - Səkkiz övladı olan qadına: nadir hallarda, amma sərrast!
Rusiya prezidenti Vladimir Putinin yumor hissi onun həm siyasətçi, həm də insan obrazına təsir edən xüsusiyyətlərdən biri kimi qiymətləndirilir.
Publika.az xəbər verir ki, “Lenta.ru” dövlət başçısının ad günü münasibətilə onun ən çox yadda qalan ironik ifadələrini xatırladıb.
2024-cü ilin mayında Putin “Valideyn şöhrəti” ordeni ilə təltif olunan ailələrlə videobağlantı zamanı Tümen sakini Natalya Yakuninanın səkkiz övladı olduğunu öyrənib və onun həyat yoldaşı ilə nadir görüşdüyünü deməsinə zarafatla cavab verib:
“Deyirsiniz ki, sevimli ərinizi nadir hallarda görürsünüz. Səkkiz uşağınız varsa, deməli nadir hallarda, amma sərrast!”
Putinin illər əvvəl səsləndirdiyi bəzi ifadələr də yenə məşhurlaşıb. 1999-cu ilin payızında, hələ baş nazir olduğu dövrdə terrorçularla bağlı “tualetdə isladacağıq” ifadəsini işlədən Putin 2002-ci ildə prezident kimi vətəndaşları pullarını xaricdə saxlamamağa çağırarkən “Toz udmaqdan yorulacaqsınız!” deyib.
Nəşr qeyd edir ki, bu ifadə 20 il sonra bir növ uzaqgörənlik kimi qiymətləndirilib.
Müəllif: Adəm
-
Nida Xəbər 16:21Çavuşoğlundan Bakıda sülh mesajı: Müharibənin bitməsi kifayət deyil
-
Rəsmi xronika15:35İlham Əliyev Vladimir Putinə zəng etdi
-
İdman11:39“Miss Almaniya” rinqə çıxır - FOTOLAR
-
Dünya11:03Türkiyə bu ölkədə gücünü artırır: Hərbi baza qurulur - Ankara niyə hərəkətə keçdi?
-
Rəsmi xronika10:21Prezident: Ermənistan buna şərait yaratmalıdır
-
Maraq dünyası09:425 gün sonra dünya yox olacaq - Allahı və İsanı görən şəxs dedi
-
Hadisə08:54Bakıda ağır qəza: "SOCAR"ın avtomobili ilə toqquşdu - VİDEO
-
Avropa07:30Cek Nikolsonun baltası yenidən hərraca çıxarıldı

















.jpg)
















.jpg)


