MDB
Rusiya ordusundan Putinə ad günü “hədiyyəsi” - Yaşayış binasını vurdular, ölənlər var
Rusiya hərbi qüvvələri 7 oktyabr səhəri Çerniqov bölgəsinə hücuma başlayıb.
Publika.az xəbər verir ki, regional hərbi administrasiyanın rəhbəri Vyaçeslav Çausun sözlərinə görə, raketlərdən biri Priluki şəhərindəki beşmərtəbəli yaşayış binasına dəyib. Onun paylaşdığı fotolarda genişmiqyaslı dağıntılar görünür. Çerniqov Vilayət Prokurorluğunun məlumatına görə, raket iki girişi dağıdıb. Beş nəfər həlak olub. Beş uşaq da daxil olmaqla ən azı 26 nəfər yaralanıb. Dağıntılar altında hələ də insanlar ola bilər. Müharibə cinayəti ilə bağlı məhkəməyəqədər araşdırma başlanıb (Ukrayna Cinayət Məcəlləsinin 438-ci maddəsinin 2-ci hissəsi). Prokurorluq əlavə edib ki, hücum zamanı digər yaşayış binaları, uşaq və gənclər yaradıcılıq mərkəzi, biznes və nəqliyyat vasitələri də zərər görüb. Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti sənaye binasında yanğın baş verdiyini bildirib.
7 oktyabr gecəsi Kiyev də daxil olmaqla, Ukraynanın digər şəhərlərinə hücum edilib və iki nəfər həlak olub. Hücumlarla bağlı şərh verən Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, "bu gün Putinin ad günündə Rusiya ordusu ona Priluki şəhərindəki bir çoxmərtəbəli binanın dağıdılmasını "hədiyyə edib". Bundan əlavə, raket zərbələri Dneprdə beş çoxmərtəbəli binaya və Kremençukda dörd çoxmərtəbəli binaya ziyan vurub.
"Təəssüf ki, iki nəfər ölüb, səkkiz nəfər yaralanıb. Pilotsuz təyyarə Zaporojyedəki çoxmərtəbəli binaya ziyan vurub. Ruslar Kiyevdə iki nəfəri öldürüb.. Ümumilikdə, gecə ərzində Kiyev və 12 bölgənin infrastrukturu hücuma məruz qalıb", - deyə Zelenski qeyd edib.
Onun fikrincə, "ruslar ağrılı və nümayişkaranə zərbə endirmək istəyiblər", bunun üçün onlar bir çoxu ballistik olan 70 raketdən, eləcə də "Şahid" dronlarından istifadə ediblər.
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa "Rusiya terroru cavabsız qalmamalıdır" deyib və müttəfiqlərini Rusiyanın hərbi-sənaye kompleksinə, xüsusən də ballistik raketlər və “Rassvet” peyk sistemi istehsal edənlərə qarşı sanksiyaları gücləndirməklə və qışdan əvvəl Ukraynaya hava hücumundan müdafiə avadanlığı və enerji yardımı ilə təmin etməklə "Putinə əsl hədiyyələr verməyə" çağırıb.
Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, 7 oktyabr gecəsi Rusiya qüvvələri Ukraynaya ballistik, qanadlı və gəmi əleyhinə raketlər və 46-sı reaktiv mühərrikli 130 “Şahed” sinifli hücum dronları atıb. Hava hücumundan müdafiə qüvvələri beş ballistik və 39 qanadlı raket daxil olmaqla 161 hədəfi, eləcə də 117 PUA-nı vurub.
Müəllif: Tural
-
İdman11:39“Miss Almaniya” rinqə çıxır - FOTOLAR
-
Dünya11:03Türkiyə bu ölkədə gücünü artırır: Hərbi baza qurulur - Ankara niyə hərəkətə keçdi?
-
Rəsmi xronika10:21Prezident: Ermənistan buna şərait yaratmalıdır
-
Maraq dünyası09:425 gün sonra dünya yox olacaq - Allahı və İsanı görən şəxs dedi
-
Hadisə08:54Bakıda ağır qəza: "SOCAR"ın avtomobili ilə toqquşdu - VİDEO
-
Avropa07:30Cek Nikolsonun baltası yenidən hərraca çıxarıldı
-
Magazin206:1625 il sonra yenidən “Mumiya”da - FOTO
-
Magazin205:15Məşhur aktrisa 103 yaşında vəfat etdi













.jpg)





















.jpg)


